Nefçala rayonunun Qolluq kəndində ümumi sahəsi 232 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə və dam örtüyü 16 m2 sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.