Azərbaycanda 16 yaşadək ana olanlar - 7 ilin fərqi

Azərbaycanda 16 yaşadək ana olanlar - 7 ilin fərqi
  25 Avqust 2018    Oxunub:3748
Ötən il Azərbaycanda 16 yaşadək olan qadınlar tərəfindən doğulan uşaqların sayı 127 nəfər olub.

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd edilib. Bildirilib ki, 16 yaşda qadınlar tərəfindən doğulan uşaqlarn sayı 544 nəfər olub.
2017-ci ildə 17 yaşında qadınlar tərəfindən 1750, 18 yaşlı qadınlar 4559, 19 yaşlı qadınlar tərəfindən isə 7149 uşaq doğulub.

Qeyd edək ki, 2016-ci ildə 16 yaşadək qadınlar tərəfindən 150, 16 yaşda qadınlar tərəfindən 600, 17 yaşda qadınlar tərəfindən 2059, 18 yaşında qadınlar tərəfindən 5278, 19 yaşında qadınlar tərəfindən isə 8807 uşaq doğulub. 16 yaşda olan qadınlar tərəfindən ən çox uşaqların doğulduğu il 2010 və 2011-ci illər olub. 2010-cu ildə Azərbaycanda 16 yaşda olan qadınlar tərəfindən 855, 2011-ci ildə 964 uşaq doğulub.

16 yaşa qədər olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox 2014 və 2015-ci illərdə qeydə alınıb. 2014-cü ildə belə qadınlar tərəfindən 228, 2015-ci ildə 175 uşaq doğulub.

Xatıqladaq ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Uşaq  





Xəbər lenti