Zaqatala sakini ilana görə oğlunu evləndirə bilmir - VİDEO

Zaqatala sakini ilana görə oğlunu evləndirə bilmir - VİDEO
  25 Avqust 2018    Oxunub:8507
İlanlar Zaqatala rayonunun Aşağı Tala kənd sakinlərini evlərinə həsrət qoyub. Bir ailə 20 gündür ki, evlərinə girə bilmir.
İlk dəfə ilana evin təməli qazılanda rast gəlinib. Yaşadıqları 20 il ərzində ilanlar demək olar ki, ev sakinlərinə çevrilib. Zaman keçdikcə ilanların gedəcəyinə ümid etsələr də, bu ilin martından daha da çoxalıblar.

Çimnaz Səfərova – Ev sahibi: “İlanlar evin içinə gəlirlər. Nəvəm gələndə qızım uşağı əlində tutur ki, ilan çıxacaq. Özümüz də həmişə vahimədə oluruq. Qorxuruq ki, haradansa ilan çıxacaq. Bu il baxdım ki, 6-7 ilan balası evdədir. Adam saymırlar”.

Ailə problemlərlə bağlı Gigiyena və Epidemiologiya mərkəzinə də müraciət edib. İlanları evdən uzaqlaşdırmaq üçün müxtəlif vasitələrə əl atsalar da, heç bir nəticə olmayıb.

Bu il oğluna toy etmək niyyətində olan ailə ilanların evi tərk etməsini gözləyir. (ARB TV)




AzVision.az


Teqlər: Zaqatala  





Xəbər lenti