Ucarda maşın aşıb, bir nəfər xilas edilib

Ucarda maşın aşıb, bir nəfər xilas edilib
  24 Avqust 2018    Oxunub:2677
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonunun Küçəkənd kəndində “Hyundai” markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: Qəza   FHN   Ucar  





Xəbər lenti