Mikroavtobus qəza törətdi - Ölən var

Mikroavtobus qəza törətdi - Ölən var
  08 İyul 2018    Oxunub:3216
Kürdəmir rayonunda "Ford" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğısöndürən-xilasediciləri sürücü, 1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti