Nazir işdən çıxarıldı, baş nazirə müavin təyin edildi

Nazir işdən çıxarıldı, baş nazirə müavin təyin edildi
  27 İyun 2018    Oxunub:2800
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

AzVision.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Elşad Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

V.Talıbovun digər qərarı ilə Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Vasif Talıbovun 21 iyun tarixli fərmanı ilə Naxçıvan MR baş nazirin birinci müavini Asəf Məmmədov vəzifəsindən azad edilib.

AzVision.az


Teqlər: Vasif-Talıbov   Naxçıvan  





Xəbər lenti