Məmmədquliyevin Ermənistana gedəcəyi dəqiqləşdi

Məmmədquliyevin Ermənistana gedəcəyi dəqiqləşdi
  26 İyun 2018    Oxunub:2083
İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Bu barədə AzVision.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti