Cəlilabadda 8 otaqlı ev yanıb

Cəlilabadda 8 otaqlı ev yanıb
  26 İyun 2018    Oxunub:1271
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunun Xəlilabad kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində mətbəxin tavanı 9 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti