Rusiyada protest edənə `perojki` yoxdu - VİDEO

Rusiyada protest edənə `perojki` yoxdu - VİDEO
  13 Oktyabr 2013    Oxunub:1550
`Spokoynoy noçi malışi` uşaqlara əsl yatmağın necə olduğun başa salıb.
Azvsison.az xəbər verir ki, hamımızın yaxşı bildiyi məşhur `Gecəniz xeyirə, balalar` (`Спокойной ночи, малыши`-rus.) verilişi bu dəfə uşaqlara onların dilində protest etməyin ziyanların başa salıb. Protest edərsən – perojki almarsan...

Video artıq sosial şəbəkələrdə məşhurlaşmağa başlayıb. Verilişin oyuncaq ayı qəhrəmanı `Mişutka` yorğun olduğundan perojki üçün xəmir hazırlamaqdan imtina edir və `protest` elan edir. Buna cavab olaraq verilişin aparıcısı Oksana Fyedorovna və kukla qəhrəman `Stepaşka` xəmiri onsuz hazırlayaraq `pro-testo` aksiyası edir. Mişutka etdiyindən peşman olduqdan və perojkidən o da istədiyi təqdirdə onlar şərt qoyurlar. Biz nə desək edəssən və bir də dostlarına protest etmiyəcəksən.




Teqlər:  





Xəbər lenti