Bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb

Bəzi küçələrdə hərəkət məhdudlaşdırılıb
  06 İyun 2018    Oxunub:872
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu barədə AzVision.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumatda bildirilir. Qeyd edilib ki,rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır:

"Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq".

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti