Rəis 2000 manat cərimələndi

Rəis 2000 manat cərimələndi
  06 İyun 2018    Oxunub:1270
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Reyd zamanı Xaçmaz rayonu Xudat şəhəri ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Xudat Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Tullantıların ərizidən daşınması məqsədilə qanun pozucusuna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

AzVision.az


Teqlər: ETSN   Cərimə  





Xəbər lenti