İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
  12 May 2018    Oxunub:1177
İsmayıllıda yanğın hadisəsi baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 44 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   İsmayıllı   Yanğın  





Xəbər lenti