Dövlət Gömrük Komitəsindən
AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çıl-çıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
AzVision.az