Paytaxtda yanğın, bir nəfər zəhərlənib

Paytaxtda yanğın, bir nəfər zəhərlənib
  08 May 2018    Oxunub:1424
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin beşinci mərtəbəsində köməkçi tikilinin içərisində yığılmış ev əşyaları 4 m2 sahədə yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənmiş 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti