Muxtar Babayev türkiyəli səfirlə görüşüb

Muxtar Babayev türkiyəli səfirlə görüşüb
  08 May 2018    Oxunub:1064
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral arasında tanışlıq görüşü keçirilib.
Bu barədə AzVision.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: ETSN   Türkiyə  





Xəbər lenti