`Terminator` `Rang Rover`ə qarşı - VİDEO

`Terminator` `Rang Rover`ə qarşı - VİDEO
  08 Oktyabr 2013    Oxunub:1481
İngiltərənin məşhur `TopGear` verilişi maraqlı yarışa imza atıb.
AzVsison.az xəbər verir ki, BBC-də yayımlanan İngiltərənin məşhur `TopGear` verilişi özünəməxsus maşın sınaqları ilə məşhurdur. Sınaqlar maşınları müxtəlif səthli yerlərdə yarışdırmaqla keçir. Maşınların əsl gücünü göstərmək üçün yararlı olan bu sınaqlar, maşınlar göstərilən hədəfi edə bilmədikdə antireklam xarakteri də daşıyır.

Bu dəfə ki, sınaq isə maşınların seçimi ilə fərqlənir. Bir tərəfdə cazibədar `Range Rover` digər tərəfdə isə yük daşıyan `Terminator`. Hər ikisi İngiltərə istehsalı olmasına baxmayaraq görünüşdə bir-birlərinə heç uyğun gəlmirlər. Zadəgan maşını sayıla biləcək hardasa qlamur “Range Rover” axı həmdə yol kənarı maşınıdı. Veriliş elə avtomobilin keçmə qabiliyyətin yoxlamaq niyyətindədir.

“Terminator”un isə elə adı üstündədir. Amma bu maşının da fərqliliyi var, ola bilər bu fərqə görə maşın belə adlanır. Yük daşıyan maşın üzaqdan idarə olunur. Amma keçimlilik baxımından təkərləri elə “Range Rover” boyda olan maşının ilk baxışdan qalib olacağı düşünülür.

Yarış zamanı hər iki avtomobili sürürlər yox “dırmaşdırırlar” desək daha uyğun olar. Yarış zamanı adi gözlə çıxılması mümkün olmayan təpələri maşınlara rəqib edirlər.

Qalib...? qalibin hansı avtomobilin olmasın isə videoda izləyək.




Teqlər:  





Xəbər lenti