Cibgirlik edən keçmiş məhkum tutulub

Cibgirlik edən keçmiş məhkum tutulub
  14 Aprel 2018    Oxunub:1090
Bakı Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 13-də saat 18.30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib.

Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb. R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.

AzVision.az


Teqlər: Mtero   Cibgir   DİN  





Xəbər lenti