Üç rayona yeni icra başçısı
Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Akif İsmayıl oğlu Səlimov Laçın rayonu İcra hakimiyyətinin başçısı təyin olunub.
Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra Hakimiyyətinin başçısı Abbasqulu Cəfərqulu oğlu Abbasov tutduğu vəzifədən azad edilib.
Prezidentin daha bir sərəncamı ilə Həbib Hüseyn oğlu İbrahimov bu posta təyinat alıb.