Vilayət Eyvazovun hesabatının müzakirəsi təxirə salındı

Vilayət Eyvazovun hesabatının müzakirəsi təxirə salındı
  03 Aprel 2018    Oxunub:1154
Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun 2017-ci ilə dair illik hesabatının müzakirəyə çıxarılması təxirə salınıb.
AzVision.az xəbər verir ki, hesabatın parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması gözlənilsə də, gündəliyə salınmayıb.

Hesabat Milli Məclisin aprelin sonunda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovdur.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: MM   Hesabat  





Xəbər lenti