Dövlət idarəsindən oğurluq edilib

Dövlət idarəsindən oğurluq edilib
  03 Mart 2018    Oxunub:1953
Martın 2-də Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində rayon subartezian quyularının istismarı idarəsinə məxsus quyunu elektrik enerjisi ilə təmin edən kabelin 20 metrlik hissəsinin kəsilərək oğurlanması barədə Tərtər RPŞ-yə müraciət daxil olub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Nağıyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisində, həmçinin rayonun Sarıcalı, Hüləbətli, Seydimli, Bəyimsarov kəndləri ərazisində quyulardan Tərtər subartezian quyularının istismarı idarəsinə məxsus quyuları elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlaması müəyyən edilib.

AzVision.az


Teqlər: Tərtər   Oğurluq  





Xəbər lenti