Binəli Yıldırım İlham Əliyevə başsağlığı verib

Binəli Yıldırım İlham Əliyevə başsağlığı verib
  03 Mart 2018    Oxunub:1998
Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik.

Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm".

AzVision.az


Teqlər: Türkiyə   Binəli-Yıldırım   Yanğın  





Xəbər lenti