Bakıdakı yanğında azı 4 nəfər yaralanıb - Yenilənib

Bakıdakı yanğında azı 4 nəfər yaralanıb - Yenilənib
  02 Mart 2018    Oxunub:2121
Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı xəsarət alan şəxslərdən 1 nəfəri 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
AzVision.az xəbər verir ki, digər 3 nəfər isə Klinik Tibbi mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, onlara müraciət edən xəstənin vəziyyəti normaldır: "O, yüngül xəsarət alıb, qolu sıyrılıb, vəziyyəti yaxşıdır".

Klinik Tibbi Mərkəzdən AzVision.az-a verilən məlumata görə, onlara daxil olan 3 xəstənin vəziyyəti normaldır və 2 saatdan sonra evə buraxılacaqlar.

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Hazırda məlumat dəqiqləşdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Yanğın   Xəstəxana  





Xəbər lenti