Mitinqdə döyülənlərlə bağlı arşdırma aparılır

Mitinqdə döyülənlərlə bağlı arşdırma aparılır
  01 Oktyabr 2013    Oxunub:1161
Prezidentliyə namizəd Cəmil Həsənlinin sentyabrın 29-da “Bakı” kinoteatrında seçicilərlə görüşü zamanı baş verən insidentlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-da Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar ərizələrində prezidentliyə namizəd Cəmil Həsənlinin "Bakı" kinoteatrında seçicilərlə görüşündə səsləndirdiyi fikirlərə etiraz etdiklərinə görə döyüldüklərini bildiriblər.

Daxil olan şikayət ərizələri əsasında polis tərəfindən araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti