Ən yaşlı təqaüdçülər Gədəbəydədir
S.Müslümovun sözlərinə görə, az göstəricilər işğal olunmuş rayonlardadır: “Xocalıdan olan pensiyaçıların yalnız 13 % ahıl yaşdadır, Cəbrayılda 18,6%, Şuşa, Xocavənddə onlardan fərqli olaraq 20 %-ə yaxın rəqəmdir. Daha sonra isə respublika tabeli şəhərlərdir - Naftalan (23,9%), Mingəçevir (21,4%), Lənkəran (25%). Ölkə üzrə bizim pensiyaçılarımızın 27-i %, yaşa görə pensiya alanlarımızın 40 %-i ahıl yaşda olanlardır”.
Dövlət Sosial Müdafiə Fondunun sədri onu da qeyd edib ki, Fondun əldə etdiyi gəlirlər bu ilin 9 ayı içərisində proqnozla nəzərdə tutulandan təqribən 120 milyon manat çoxdur: “Bu da onu göstərir ki bu gün artıq pensiyaların maliyyələşdiriməsi qrafiklə həyata keçirilir. Biz bütün pensiyaçıların pensiyalarını hər ay vaxtında ödəyirik. Bakı şəhərində hər ayın 10-a, qaçqın və məcburi köçkün rayonlarında 13-ə, digər tabeli şəhərlərdə 15-ə, digər yerlərdə 20-ə qədər ödəyə bilirik. Bütün pensiyaların ödənişini tamamilə avtomatlaşdırmışıq. Bütün pensiyaçılar plastik kartla təmin olunublar. Yerlədə 701 ədəd artıq bankomat quraşdırılıb”.
Sevinc İltifatqızı