200 milyonda bir - FOTOLAR

200 milyonda bir - FOTOLAR
  30 Sentyabr 2013    Oxunub:4887
İngiltərədən olan Karen və Lan Gilbert cütlüyü təbii yolla doğulan tək yumurta əkizi üçəmlərini altı həftə öncə qucaqlarına alıb.
AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, tibbin köməyilə daha tez-tez rast gəlinən bu hal normal doğuşda yalnız 200 milyon bir müşahidə edilir.

İlk əvvəl bu hal Karenin həkimlərini narahat edib, onlar eyni plasentanı paylaşacaq körpələrin bir-birilərini öldürmə riskinin yüksək olduğunu düşünüb.

Hamiləliyinin yeddinci ayında kəskin ağrılarla xəstəxanaya gələn 32 yaşlı ana üçəmləri qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Daha öncə də 3 yaşlı qızları olan cütlük altı həftə xəstəxanada xüsusi nəzarət altında saxlanılan üçəmlərlə evlərinə qayıdıb.

Qalereya




Teqlər:





Xəbər lenti