Qubaya 5 milyon verildi

Həmin Sərəncamda deyilir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 milyon manat ayrılsın.
Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsi isə Maliyyə Nazirliyinə həvalə edilib.