Bir milyondan çox insan saxta “WhatsApp” yükləyib

Bir milyondan çox insan saxta “WhatsApp” yükləyib
  06 Noyabr 2017    Oxunub:2286
“Android” istifadə edən bir milyondan çox şəxs “Google Play”-dən “WhatsApp” messencerinin saxta versiyasını yükləyib.
AzVision.az xəbər verir ki, saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərir. “Google” şirkəti artıq proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.

“WhatsApp” loqotipinə malik əlavə rəsmi adla eyni olduğuna görə, əksər istifadəçilər bunu servis yenilənməsi kimi qəbul edib.

Qeyd edək ki, “Facebook” və digər populyar əlavələrin saxta versiyaları da müəyyən edilib. Onlar bloklana qədər saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.

AzVision.az


Teqlər: Facebook   WhatsApp  





Xəbər lenti