Mikayıl Cabbarovdan rus dili ilə bağlı əmr

Mikayıl Cabbarovdan rus dili ilə bağlı əmr
  29 Avqust 2017    Oxunub:4620
Azərbaycanda 50 ümumi təhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsi davam etdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, yeni tədris ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Sənəddə qeyd olunub ki, rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər”ə aşağıdakı bəndlər əlavə olunub:

I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.
V-VII (beşinci-yeddinci) siniflərdə ikinci xarici dilə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, VIII-IX (səkkizinci-doqquzuncu) siniflərdə ikinci xarici dilə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.

“Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti