FHN göldə batan şəxsi axtarır

FHN göldə batan şəxsi axtarır
  14 Avqust 2017    Oxunub:1050
Xaçmazda bir nəfər göldə batıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Moruqoba kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti