Salyanda evdən 18 min oğurlanıb

Salyanda evdən 18 min oğurlanıb
  14 Avqust 2017    Oxunub:1219
Salyan rayonunda evdən 18 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Xıdırlı kəndi ərazisindəki evlərdən birindən 18 000 manat pul, mobil telefon və 7900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Ruslan Abdullayev tutulub.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti