Bakıda "London taksisi" oğurlanıb

Bakıda "London taksisi" oğurlanıb
  14 Avqust 2017    Oxunub:2537
Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobil qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil "Baksol" yaşayış sahəsində tapılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti