Kürdə batan gəncin cəsədi tapılıb

Kürdə batan gəncin cəsədi tapılıb
  14 Avqust 2017    Oxunub:1461
Avqustun 13-də Kür çayında batmış gəncin cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Kürün Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 08:10-da başa çatıb.

AzVision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti