“Nemət Pənahlıya kağız-qələm verdim ki, yazsın...”

“Nemət Pənahlıya kağız-qələm verdim ki, yazsın...”
  01 Fevral 2013    Oxunub:1735
Ailəsi məhbus siyasətçi Nemət Pənahlı ilə görüşə bilmir. Məhbusun yoldaşı Həcər Pənahlı bildirib ki, Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov 17 saylı Cəzaçəkmə Müəssisəsində olanda rəis həftə ərzində görüş verəcəyini deyib:
“Nemətin qohumları yanvarın 29-da müəssisəyə gediblər ki, görüşün nə vaxt olacağını öyrənsinlər. Müəssisənin rəhbəri bildirib ki, üç-dörd gündən sonra yemək gətirə bilərsiniz. Amma görüş haqqında heç nə deməyib. Maraqlısı odur ki, Vüqar Məhərrəmova deyirlər ki, Nemət aclıq edir, amma apardığım yeməyi götürürlər”.
Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov deyib ki, Nemət Pənahlının aclıq aksiyası keçirməsi ilə bağlı müraciəti yoxdur: “Təlimatda göstərilir ki, aclıq aksiyası keçirən məhbus ərizə ilə müəssisə rəisinə müraciət etməlidir. Nemət Pənahlının bununla bağlı müraciəti yoxdur. Biz ona baş çəkəndə Nemət Pənahlı bildirdi ki, aclıq aksiyası keçirirəm. Mən ona kağız-qələm verdim ki, yazsın, amma yazılı müraciət etmədi”.
(Yeni Müsavat)


Teqlər:





Xəbər lenti