Homoseksuallar Sarkisyan hakimiyyətinə qarşı

Homoseksuallar Sarkisyan hakimiyyətinə qarşı
  20 May 2017    Oxunub:1972
Ermənistanda homofobiyə və transfobiyaya qarşı mübarizə həftəsi çərçivəsində "Qadın zorakılığına qarşı" koalisiya bəyanatla çıxış edib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Ermənistan cəmiyyətində LGTB üzvlərinin zorakılıqlara məruaz qaldığı qeyd dilib.
"Lezbian, biseksual və transgenderlər (LGBT) təəssüf ki, tez-tez cəmiyyət tərəfindən ayrı-seçkiliyə, zorakılığa, repressiyaya, ictimai qınağa məruz qalır, ailələri tərəfindən imtina edilirlər."

Ermənistanda biseksual və transgenderlərin mənəvi zorakılığa, ayrı-seçkiliyə məruz qalmasını bildirən koalisiya onların layiqli həyat üçün daha az hüquqa malik olmasına etiraz edib.

"Qapalı cəmiyyətlərdə lezbian, biseksual, transseksuallar, müxtəlif mənfi münasibətlərə, zorakılığa və əzablara məruz qalırlar. Tez-tez ənənəvi cəmiyyətlərdə qadın cinsi oriyentasiyasını və seçim azadlığı hüququnu qəbul etmirlər. Erməni KİV-lərində LGTB üzvlərinə nifrət və qəddarlığı əks etdrən mövqe sərgilənir".

Sonda, koalisiya homofobia və transfobiyaya qarşı zorakılığı, ayrı-seçkiliyi və ümumilikdə gender şəxsiyyətinə qarşı ayrı-seçkiliyə əsaslanan bütün formaların aradan qaldırılması üçün müvafiq tədbirlərin görməsi barədə müraciət edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   LGTB  





Xəbər lenti