İranda səsvermənin vaxtı uzadılıb
Bu gün Tehran şəhərinin bir çox seçki məntəqələrində uzun növbələr yaranıb. Hətta bülletenlər çatmayıb və insanlar səs vermək üçün gözləməli olub.
Daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, seçkilərin nəticələri elan olunduqdan sonra 3 gün müddətində namizədlər etiraz edə bilər. Etirazları Konstitusiyaya Nəzarət Şurası araşdıracaq. Nazir deyib ki, seçki prosesində təhlükəsizlik baxımından heç bir problem yaranmayıb.
Qeyd edək ki, əhalinin aktivliyinin 70 faizdən çox olacağı gözlənilir. İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir. (APA)
AzVision.az