İllik inflyasiya 13,5% təşkil edib

İllik inflyasiya 13,5% təşkil edib
  17 May 2017    Oxunub:1434
Bu ilin yanvar-aprel aylarında ötən ilin analoji dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,5% artıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ötən 4 ay ərzində ərzaq məhsullarının qiymətləri 17,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,7% artıb.

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb.

2017-ci ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalıb:

“Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9,0 faiz, geyim istehsalı üzrə 6,5 faiz, toxuculuq sənayesi üzrə 4,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz bahalaşmış, içki istehsalı üzrə 1,8 faiz, kimya sənayesi üzrə 0,8 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib”.

Aytən Zəhra
AzVision.az



Teqlər: DSK  





Xəbər lenti