Əsir düşməmək üçün özlərini partlatdılar - Kəşfiyyatçının dəhşətli xatirələri (VİDEO)
20 il əvvəl aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və təslim olmalarını söyləyiblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.
Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. A.Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır.
O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə Aqili dəyişmək mümkün olub.
Keçmiş kəşfiyyatçı Aqil Əhmədov AzVision.az-a videomüsahibəsində 7 hərbçi yoldaşının şəhid olduğu kəşfiyyat əməliyyatından, dözülməz əsirlik həyatından danışıb.
Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov
Teqlər: Kəşfiyyatçı Şəhid Qarabağ