Seçkilərin nəticələri açıqlandı – Sarkisyanın partiyası qalib gəldi

Seçkilərin nəticələri açıqlandı – Sarkisyanın partiyası qalib gəldi
  03 Aprel 2017    Oxunub:14424
Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 100%-i hesablanıb.
AzVision.azxəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqənin hamısı protokolları MSK-ya göndərib.

İlk yeri səslərin 49,12%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,77 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,57%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.



***
(12:03)

Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 99,8%-i hesablanıb.

AzVision.azxəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 2005-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,15%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,37 %) qərarlaşıb. Bülletenlərin 98%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,78 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,58%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.

***
(10:23)

Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 97%-i hesablanıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1946-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,21%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,33 %) qərarlaşıb. Bülletenlərin 98%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,75% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,59%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

***
(09:28)

Ermənistanda keçirilən seçkilərdə bülletenlərin 88% hesablanıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1807-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,06%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,58 %) qərarlaşıb. Bülletenlərin 88%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,69% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,61%) qabaqlayıb.
Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

***
(08:49)

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

***
(05:00)

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. İndiyə qədər 506 məntəqədən protokollar MSK-ya daxil olub.

İlk yeri səslərin 59,12%-ni toplayan Respublika partiyası tutur. İkinci yerdə, əvvəlki kimi, “Tsarukyan” bloku (26 %), üçüncü pillədə isə “Daşnaksutyun” partiyası (7,36%) qərarlaşıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. (APA)

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti