Ən çox tələbə Birləşmiş Krallığa göndəriləcək
Təhsil Nazirliyinin məlumatına görə, seçim prosesi, namizədlərlə müsahibələrin aparılması və Təhsil üzrə Komissiyası tərəfindən namizədlərin təsdiq olunması prosesi davam edir.
Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilən 94 nəfərdən ən çox tələbə qəbul olunan ölkələr Birləşmiş Krallıq, Türkiyə və Kanadadır. Birləşmiş Krallığa 45, Türkiyəyə 10, Kanadaya isə 9 nəfər göndəriləcək. Ən çox qəbul olunan ixtisaslar isə iqtisadiyyat, İKT və mühəndislikdir. İqtisadiyyat ixtisasına 28, İKT-yə 15, mühəndisliyə isə 12 nəfər qəbul olub. Ən çox tələbə qəbul olunduğu universitetlər Mançester Universiteti (Birləşmiş Krallıq), QLİON Ali Təhsil İnstitut (İsveçrə), Toronto Universitetidir (Kanada). Mançester Universitetində (Birləşmiş Krallıq) 16 , QLİON Ali Təhsil İnstitutunda (İsveçrə) 6, Toronto Universitetində (Kanada) 5 nəfər ali təhsil alacaq.
Qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 16 avqust tarixilərini əhatə edib. Sənədlərin qəbulu isə avqustun 23-də başa çatıb. Namizədlərlə fərdi qaydada həyata keçirilən müsahibələr avqustun 30-da yekunlaşacaq.
AzVision.az