Saakaşvili Bakıdadır – VİDEO

Saakaşvili Bakıdadır – VİDEO
  27 Fevral 2013    Oxunub:1989
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.







Teqlər:  





Xəbər lenti