Eyfel qülləsini gülləkeçirməz divar qoruyacaq - (VİDEOXƏBƏR)
Payızdan etibarən tikiləcək divarın hündürlüyü 2,5 metr və güllə keçirməz xüsusiyyətə sahib olacağı qeyd olunub. Təhlükəsizlik tədbirləri üçün bundan sonra qülləyə giriş yalnız bir yerdən olacaq.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2015-ci ildə hazırladığı “Paris Çöktü” videosunda Eyfel Qülləsinin Sena çayına doğru aşması kadrları əks olunub. Bundan əlavə terror təşkilatları sosial şəbəkələrdə tez-tez təxribat törədəcəklərinə dair görüntülər paylaşırlar.
Bəxtiyar Məmmədov
AzVision.az