Gəncədə Naxox izdihamı - Fotolar

Gəncədə Naxox izdihamı - Fotolar
  05 Yanvar 2017    Oxunub:4049
Yanvarın 2-i Gəncə şəhərində Naxox filminin yaradıcı heyətinin iştirakı ilə imza günü keçirilib.
AzVision.az xəbər verir ki, filmin baş qəhrəmanları, Elməddin Cəfərov, Fərda Amin və Ağaxan Salmanlı tamaşaçı seli ilə qarşılaşıb.

Filmin baş produseri Orxan Mərdandan aldığımız məlumata görə Naxox sevərlərin sayını nəzərə alaraq eyni anda bir neçə zalda Naxox filmi nümayiş olunub. Gəncəlilər aktyorlarla şəkil çəkdirib, onalarla xoş təəssüratlarını bölüşüblər. Filmi tamaşaçılarla zalda birlikdə izləyən yaradıcı heyyət, gəncəlilərə göstərdikləri diqqət və sevgiyə görə minnətdarlıqlarını dilə gətiriblər.

Qeyd edək ki, komediya “Naxox” Film Distribution International-ın dəstəyi ilə çəkilib və 29 dekabrdan ölkənin bütün kinoteatrlarında yayımlanır.











Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti