Nazir müavini söz verdi

Nazir müavini söz verdi
  31 Yanvar 2013    Oxunub:3021
Bu gün YAP Gənclər Birliyi Azərbaycanda 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib.
Gənclər Birliyindən verilən məlumata görə, tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, millət vəkilləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, Fuad Muradov, o cümlədən, YAP-ın gənc üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün Azərbaycanda gənclərlə bağlı bir çox tədbirlər keçirilir: "Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyətcə, keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə başçısı İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir".
YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, bu gün gənclərimizin üzərinə böyük missiya düşür. Belə ki, onlar dövlətimizin əsas işlərində əhəmiyyətli rol oynamalıdırlar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, fevralın 2-si - Gənclər Günü münasibətilə Azərbaycanda gənclərlə bağlı böyük işlər görülür: "Bu, xüsusilə də ölkə başçısının imzaladığı dövlət proqramı əsasında daha da özünü göstərməkdədir. Bu gün gənclərimiz nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənarda da Azərbaycanı təmsil edirlər. Hazırda Azərbaycanın hər bir gənci öz dəsti-xətti ilə seçilir. Belə ki, elm, təhsil, idman və digər sahələrdə böyük irəliləyişlə diqqət mərkəzindədirlər. Bunlara da ən böyük dəstək ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində baş verir və nailiyyətlər əldə olunur. İnanıram ki, gənclərimiz ölkəmizin stabilliyinin təmin edilməsində əllərindən gələni edəcəklər".
Millət vəkili Fuad Muradov vurğulayıb ki, Azərbaycanda gənclər gününün olması digər istiqamətlər üçün vacibdir: "Belə ki, biz burada öz problemlərimizi, gənclərimiz üçün aktual olan mövzuları müzakirə edir və bunun nəticəsində işlər aparırıq. Bu gün ölkə gəncliyinin əsas vəzifəsi Azərbaycanın müstəqilliyinin qorunması və torpaqlarımızn işğaldan azad olunmasıdır. Bunun üçün qışqırmaq deyil, çalışmaq lazımdır".
Qeyd edək ki, tədbirin sonunda YAP-ın aktiv gənclərinə diplomlar təqdim edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti