“Alternativ namizədə ehtiyac yoxdur”
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. O hesab edir ki, alternativ namizəd barədə danışmaq tezdir: “Bu barədə danışmaq tezdir və buna ehtiyac yoxrur. Milli Şuranın 19 avqustda olacaq iclasında da inanmıram ki, alternativ namizəd seçilsin”.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli bildirib ki, Milli Şura daxilindəki bəzi qüvvələr əgər alternativ namizəd seçmək haqqında düşünməsələr təşkilatın uzun müddət qalmaq şansı olmaycaq.
Partiya sədri Rüstəm İbrahimbəyovun Milli Şura rəhbərliyi ilə münasibətlərinin soyuqluğu iddialarına da cavab verib. O, incikliklə bağlı iddiaları təkzib edib: “Heç bir inciklik yoxdur”.
Fatimə KƏRİMLİ