İlham Əliyev üçün 40 mindən çox imza toplanıb

İlham Əliyev üçün 40 mindən çox imza toplanıb
  17 Avqust 2013    Oxunub:1180
Yeni Azərbaycan Partiyası oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla və yüksək fəallıq şəraitində başa çatdırıb.

Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərərgahına təqdim edilib.

Hazırda toplanmış imzaların Mərkəzi Seçki Komissiyasına təqdim olunması üçün müavafiq hazırlıq işləri həyata keçirilir. İmza vərəqələri müvafiq hazırlıq işləri başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. (Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə görə, namizədlərin müdafiəsi üçün toplanmış seçici imzaları ən tezi səsverməyə 50 gün galmış - avqust ayının 20-dən tez olmamaq şərti ilə MSK-ya təqdim edilməlidir).

Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi möhtəşəm imzatoplama kampaniyasında 1000 nəfərə yaxın partiya fəalı iştirak edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün seçicilər məmnuniyyətlə imza vermək istədiklərini bildirib və öz imzaları ilə bunu təsdiq ediblər.

Ümumiyyətlə, imzatoplama kampaniyası vətəndaşların yüksək fəallığı şəraitində keçirilib.

İmzatoplama kampaniyasının gedişi Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı cənab İlham Əliyevin və onun siyasətinin seçicilər tərəfindən birmənalı müdafiə olunduğunu bir daha təsdiq edib.


Teqlər:  





Xəbər lenti