`Tramp Güləni bizə verməlidir` - Ərdoğan Obamadan narazıdır

  21 Noyabr 2016    Oxunub : 1532
`Tramp Güləni bizə verməlidir` - Ərdoğan Obamadan narazıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS kanalında “60” dəqiqə” verilişinin qonağı olub.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, verilişdə Ərdoğan Suriya məsələsi və FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-ın yürütdüyü siyasətdən narazılığını ifadə edib.

Ərdoğan bununla bağlı prezident Barak Obama və Co Baydenlə danışıqlar apardığını, ancaq ABŞ rəhbərliyinin bu problemləri ciddi qəbul etmədiyini deyib.

Türkiyə prezidenti 15 iyul hərbi çevrilişə cəhddən sonra türk xalqının ABŞ-a qəzəbləndiyini və ölkədə Amerika əlehdarlarının artdığı vurğulayıb.

Qiyam zamanı Ərdoğan və ailəsinin tətildə olduğu qeyd edən aparıcının “həmin zaman çoxmu qorxdunuz?” sualına belə cavab verib: “Biz ölümə inanmış insanlarıq. Əgər, siz lidersinizsə, hər şeydən əvvəl xalqınıza ölümsüzlüyün mesajını verməlisiniz. Buna inanırdım, lider bir daşın arxasında saxlansa, millət dağın arxasına saxlanmalıdır”.

Ərdoğan hazırki durumda ABŞ hökümətinin Güləni qoruduğu söyləyib.

Türkiyə prezidenti ABŞ-ın yeni rəhbəri ilə Türkiyə arasında əlaqələrin daha fərqli ola biləcəyini vurğulayıb. Bildirib ki, Tramp Fəttulah Güləni Türkiyəyə təhvil verməlidir.

Aytən Zəhra
AzVision.az

Teqlər: