Cəlilabadda ikimərtəbəli ev yanıb

Cəlilabadda ikimərtəbəli ev yanıb
  02 Noyabr 2016    Oxunub:1102
Cəlilabad rayonunda ikimərtəbəli 6 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Tülkülü kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 6 otaqlı ibarət evin yanar konstruksiyaları 228 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti