Azərbaycanlı hakim DÇ-2018-in oyununda

Azərbaycanlı hakim DÇ-2018-in oyununda
  01 Noyabr 2016    Oxunub:2347
FİFA referimiz Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona hakimlərimiz Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti