`Qarabağ` yenə `Neftçi`yə qalib gəldi

`Qarabağ` yenə `Neftçi`yə qalib gəldi
  26 Oktyabr 2016    Oxunub:1226
Futbol üzrə Topaz Premyer Liqasında IX tura yekun vurulub.
Turun sonuncu matçında “Qarabağ” komandası “Neftçi” ilə görüşüb. “Bakcell Arena”da keçirilən oyunda Ağdam komandası 2:0 hesabı ilə qalib gəlib.

Doqquz turdan sonra turnir cədvəlinə aktivində 21 xalı olan “Qəbələ” komandası başçılıq edir. Xal ehtiyatını 19-a çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. Hesabında 16 xal olan “İnter” üçüncü sırada qərarlaşıb.

Topaz Premyer Liqasının növbəti – onuncu turunun oyunları oktyabrın 29-30-da keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti