Mikayıl Cabbarov xaricdə oxumaq istəyənlərin qeydiyyat vaxtını uzatdı

Mikayıl Cabbarov xaricdə oxumaq istəyənlərin qeydiyyat vaxtını uzatdı
  14 Avqust 2013    Oxunub:1646
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə vaxt verdi
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, elektron ərizələrin qeydiyyat müddəti 1 gün uzadılıb.

Belə ki, Təhsil Nazirliyi elektron ərizələrin qeydiyyatı üçün son tarixin 16 avqust 2003-cü il tarixinə dəyişmək barədə qərar qəbul edilib.

Avqustun 16-sı saat 23:59-a qədər qeydiyyatdan keçmiş (https://azvision.az/redirect.php?url=http://xaricdetehsil.edu.gov.az/c-proqram-haqqinda/Sened-qebulu-ELAN2013-2014/) ərizəçilər sənədlərini 16 avqustdan sonrakı 5 iş günü ərzində Təhsil Nazirliyinə təqdim edə bilərlər.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti